05 Noyabr 2022, 10:06
DİN Salyanda 13 yaşlı məktəblinin qısnamaya məruz qalması iddiasını araşdırıb
DİN Salyanda 13 yaşlı məktəblinin qısnamaya məruz qalması iddiasını araşdırıb şəkil
DİN Salyanda 13 yaşlı məktəblinin qısnamaya məruz qalması iddiasını araşdırıb

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb. 

İddialarla əlaqəli DİN Mətbuat Xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də  araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.  

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb