Menyu

Xiaomi gələn ay 4 yeni cihaz təqdim edəcək

Xiaomi gələn ay 4 yeni cihaz təqdim edəcək

Çin mərkəzli texnologiya nəhəngi Xiaomi avqust ayında təşkil edəcəyi tədbirlər zamanı hazırladığı dörd yeni cihazı təqdim edəcək. 

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, sızan məlumata görə, Xiaomi-nin bu yeni modellərinə yerli tənzimləyicilər tərəfindən sertifikatlaşdırılmış Xiaomi Mix Fold 3, Redmi K60 Extreme Edition, Redmi Pad 2 və Xiaomi Pad 6 Max daxildir.

İlkin təfərrüatlar Xiaomi Mix Fold 3-ün sələfindən daha nazik və yüngül olacağını və həmçinin Leica kamerasına sahib olacağını deməyə əsas verir. Redmi K60 Extreme Edition-ın MediaTek Dimensity 9200+ prosessoruna, 1,5K təsvir ölçülü OLED displeyinə və 50 meqapiksellik kameraya sahib olacağı deyilir. Redmi Pad 2 isə 10,95 düymlük ekrana və Snapdragon 680 prosessoruna sahib olacaq.

Teqlər:

"Xiaomi gələn ay 4 yeni cihaz təqdim edəcək"

Əlaqəli Xəbərlər