Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.
"Operativ Media" xəbər verir ki, bəyanatı deputat Ramil Həsən oxuyub.
İclasda Zəfər Günü ilə bağlı Milli Məclis tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Müzakirələrdən sonra bəyanat qəbul edilib.
***
11:15
Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar bəyanatın qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb.
"Operativ Media" xəbər verir ki, qanunverici orqanın sədri Sahibə Qafarova qazanılan zəfərin Prezident İlham Əliyevin yenilməz iradəsinin nəticəsi olduğunu deyib.
O qeyd edib ki, Azərbaycan BMT və digər beynəlxalq sənədlərin icrasını öz gücü ilə təmin edib.
S.Qafarova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanmasını təklif edib. Deputatlar bu təklifi alqışlarla qarşılayıblar.