Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə gedib

Nərmin Qocamanlı
Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə gedib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə gedib.

"Operativ Media" xəbər verir ki, o, hazırda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən 39-cu iclasında iştirak edir.

Nazir tədbirdə çıxışı zamanı TÜRKSOY-a üzv olan dövlətlərə çağırış edib: "Dünyada baş verən proseslər bizi daha da həmrəy olmağa çağırır. Mədəniyyət sahəsində əməkdaşlıqlar gücləndirilməlidir. Biz öz mədəniyyətimizi müasir qloballaşmanın mənfi təsirlərindən qorumalıyıq. Bunun üçün mübarizə aparmalıyıq”.

Azərbaycanın mədəniyyət naziri TÜRKSOY mədəniyyət nazirlərini gələn il Şuşaya dəvət edib.

Digər xəbərlər