Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2 000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.