http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Zakir Həsənov müşavirə keçirib

05 Noyabr 2022 , 12:20
Zakir Həsənov müşavirə keçirib

Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.


Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.


Sonra müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.


Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.


Qeyd olunub ki, müdafiə naziri Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib. Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirdiyi "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz" sözlərini xatırladan nazir, şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.


General-polkovnik Z.Həsənov şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının daim nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.


Sonda qoşun xidmətinin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin yerinə yetirilməsinin davam etdirilməsi, həmçinin tibbi təminat məsələləri ilə əlaqədar göstərişlər verilib.

OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Meteo.az mobil tətbiqi istifadəyə verilib

Meteo.az mobil tətbiqi istifadəyə verilib

XƏBƏR LENTİ
  • 21:27

    Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
  • 21:10

    Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - VİDEO
    Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - VİDEO
  • 20:58

    Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib
    Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib
  • 20:50

    Mark Rutte Makronla görüşəcək
  • 20:33

    Netanyahu İsrailin ABŞ-dəki səfirini əvəzləyib
  • 20:15

    Rusiya və KXDR-nin Ukraynadakı fəaliyyəti NATO ölkələri tərəfindən pislənib
  • 19:49

    Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub
  • 19:33

    İran təyyarələri Ukrayna hava məkanından istifadə edə bilməyəcək
Menyu