
"ChatGPT zamanla axmaq olur".
"Operativ Media" xəbər verir ki, bu nəticəyə Stenford Universitetinin bir qrup alimi neyron şəbəkənin mart və iyun versiyalarını müqayisə etdikdən sonra gəliblər.
Bir neçə ay ərzində tədqiqatçılar bir sıra tapşırıqlar üzrə GPT-4 və GPT-3.5 modellərinin performansı haqqında məlumatları qeyd ediblər. Neyron şəbəkələr proqram kodu yaradıb, vizual təfəkkür testlərindən keçib, riyazi problemləri həll edib və "yöndəmsiz" suallara cavab verib.
Mart ayında ChatGPT-4 "17077 sadə rəqəmdir" sualına 98% düzgün cavab verib. İyun ayında bu göstərici 2%-ə qədər azalıb. GPT-3.5 isə daha ağıllı olub, düzgün cavabların faizi 7%-dən 87%-ə yüksəlib. Bundan əlavə, ChatGPT nəhayət müəyyən nəticələrə necə çatdığını izah etməyi dayandırıb və birmənalı olmayan suallara cavab vermək qabiliyyəti pisləşib..
Mütəxəssislərin fikrincə, problem tərtibatçıların şəbəkə alqoritmində etdikləri dəyişikliklərdədir.