06 Noyabr 2022, 11:16
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib şəkil
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.

"Operativ Media" xəbər verir ki, hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.

Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi
Bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib