06 Noyabr 2022, 13:19
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb şəkil
Sabahın hava proqnozu açıqlanıb

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13°-dək isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13°-dək isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

 

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub