06 Noyabr 2022, 16:19
Qax rayonunun Qıpçaq kəndi ərazisində antik dövrə aid əşyalar aşkarlanıb
Qax rayonunun Qıpçaq kəndi ərazisində antik dövrə aid əşyalar aşkarlanıb şəkil
Qax rayonunun Qıpçaq kəndi ərazisində antik dövrə aid əşyalar aşkarlanıb

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində antik dövrə aid torpaq qəbirlər, əşyalar aşkarlayıb.

AMEA-dan "Operativ Media" verilən məlumata görə, qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Maraqlı tapıntılar içərisində həm əvvəlki ildə, həm də cari mövsümdə tapılmış kiçik qadın bütləri də var.

Ekspedisiya bir aya yaxındır, Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində, şərti olaraq Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işlərini davam etdirir.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlamış, antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər antik və ilk orta əsr alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi mədəniyyət nümunələrini özündə daşıyır.

Arxeoloji tədqiqatlar davam edir.

Son xəbərlər
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb