06 Noyabr 2022, 17:48
Lənkəranda kamaz minik avtomobili ilə toqquşub
Lənkəranda kamaz minik avtomobili ilə toqquşub şəkil
Lənkəranda kamaz minik avtomobili ilə toqquşub

Lənkəran-Lerik yolunda qəza olub.

"Operativ Media" hadisə Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Şovu kənd sakini 1975-ci il təvəllüdlü Ədalət Baba oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Lerik rayonunun Ambu kənd sakini 1984-cü il təvəllüdlü Vaqif Mirzahid oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır