"Twitter" loqosunu dəyişir: "Quşlara əlvida"
Elon Mask "Twitter"in loqosunu "bütün quşlara əlvida" yazısı ilə dəyişəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə milyarder iş adamı sosial şəbəkə hesabında paylaşım edib.
Elon Mask qeyd edib: "Tezliklə "Twitter" markası və yavaş-yavaş bütün quşlarla vidalaşacağıq".
Mask əlavə edib: "Əgər bu axşam kifayət qədər X loqotipi paylaşılarsa, sabah onu canlı yayımlayacağıq."
"Twitter" şirkəti loqo dəyişikliyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net