ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple" "iPhone 15 Pro" seriyalı smartfonların flaqman modellərinin qiymətini artırmaq niyyətindədir.
Bu barədə "Operativ Media" "Bloomberg"ə istinadən xəbər verir.
"Apple" şirkəti, həmçinin bu il ötən illə müqayisədə daha az yeni smartfon istehsal edəcək. Məlumata görə, "iPhone 15 Pro" və "15 Pro Max" modelləri "iPhone 14 Pro" və "14 Pro Max"dan daha baha olacaq. Bununla da “Apple” smartfonlara tələbatın gözlənilən azalması şəraitində öz gəlirlərini artırmaq istəyir.
Bundan əlavə, "iPhone 15" və "15 Plus" smartfonlarının qiyməti dəyişməyəcək və müvafiq olaraq 799 və 899 dollara satılacaq.
Əlavə edək ki, "iPhone 11 Pro" və "11 Pro Max" bazara müvafiq olaraq 999 və 1099 dollara çıxdığı 2019-cu ildən bəri "Apple" premium smartfonlarının qiymətini qaldırmayıb.