Avtomobil qəzası nəticəsində ata öldü, oğlu yaralandı
Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Operativ Media" xəbər verir ki, VAZ-2107 markalı avtomobil şəhər arası xətt üzrə çalışan mikroavtobusla toqquşub.
Qəza nəticəsində 1976-cı il təvəllüdlü Asif Mansır oğlu Alıyev hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Mansır Asif oğlu Alıyev və 1981-ci il təvəllüdlü Bayram Mayıl oğlu İsgəndərovmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net