Menyu

"Twitter" reklam qiymətlərini azaldacaq

Gozel Həşimova
"Twitter" reklam qiymətlərini azaldacaq

İlon Mask adı dəyişdirilməkdə olan "Twitter" (X Corp) sosial şəbəkəsinə reklamçıları cəlb etmək üçün qiymətləri endirəcək.

Bu barədə "Operativ Media" "The Wall Street Journal"a istinadən xəbər verir.

Şirkət brendlərə xəbərdarlıq edib ki, onlar son bir ayda reklam üçün ən azı 1000 dollar və ya altı ayda 6000 dollar xərcləməsələr, rəsmi səhifələri “təsdiqlənmiş” statusunu itirəcəklər.

Maskın sözlərinə görə, şirkət ABŞ və Böyük Britaniya brendlərinə endirimli qiymətə reklam çarxlarının yerləşdirilməsini təklif etməyə başlayıb. Belə ki, 31 iyul tarixinədək bu cür reklamların istənilən sifarişinə 50% endirim ediləcək.

 

Gözəl Həşimova

Teqlər:

"\"Twitter\" reklam qiymətlərini azaldacaq"

Əlaqəli Xəbərlər