Menyu

"Meta" 32 milyard dollar qazanıb

Gozel Həşimova
"Meta" 32 milyard dollar qazanıb

 “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin ikinci rübündə 11% artaraq 32 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 28,8 milyard dollar qazanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkət aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Hesabat dövründə "Meta"nın xalis mənfəəti 16% artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin səhm üzrə qazancı isə 2,98 dollara çatıb.

Bundan əlavə, “Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5% artaraq iyun ayında 2,06 milyarda çatıb.

 

Gözəl Həşimova

Teqlər:

"\"Meta\" 32 milyard dollar qazanıb"

Əlaqəli Xəbərlər