07 Noyabr 2022, 18:03
Sabiq güləşçi avtomobildə yanaraq ölüb
Sabiq güləşçi avtomobildə yanaraq ölüb şəkil
Sabiq güləşçi avtomobildə yanaraq ölüb

Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.

Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb