
Süni intellektlə dəstəklənən "Opera One" köhnə brauzerlə birləşib. Belə ki, yeniləməni yükləyən hər kəs artıq süni intellektlə dəstəklənən xüsusiyyətlərə sahib olacaq.
"Operativ Media" xəbər verir ki, "Opera One" ilk olaraq standart "Opera"dan ayrı brauzer kimi təqdim edilib.
Lakin edilən dəyişikliklə brauzerlər birləşdirilib və "Opera One" adı altında fəaliyyətə başlayıb.
Brauzerin köhnə versiyasından istifadə edənlərə "Opera One" yükləmələri tövsiyə olunub. Süni intellekt xüsusiyyətləri ilə təqdim edilən yeni brauzerdə "Tab Islands" adlı sistem var. Bu, istifadəçilərə daha çox yer və effektiv naviqasiya imkanı verir. Beləliklə, tab funksionallığı yenidən işlənib.
Eyni zamanda, brauzerə inteqrasiya olunan "Aria" funksiyası süni intellekt sisteminə əsaslanır. Köməkçi kimi də fəaliyyət göstərəcək Aria internet üzərindən axtarış aparmaq qabiliyyətinə malikdir. "OpenAI" ilə hazırlanmış sistem "GPT" dil modeli ilə təchiz edilmişdir.