http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN başçısı üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqlayıb

08 Noyabr 2022 , 14:41
XİN başçısı üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqlayıb

“ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır”.

"Operativ Media" xəbər verir ki, bunu "Report"a açıqlamasında Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı təklifinə cavabını təqdim edib.

“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlara başlamaq barədə tapşırıq veriblər. Həmin tapşırığa uyğun olaraq Azərbaycan tərəfi öncədən də təqdim edilmiş baza prinsiplərinə əsaslanan, onun daha geniş işlənmiş versiyasını oktyabr ayının 2-də Cenevrə şəhərində Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın versiyası əsasında ilkin danışıqlar aparılıb və Ermənistan həmin versiyaya baxmaq üçün əlavə vaxtın istəyib və müvafiq zaman ərzində cavabın hazırlanmasına dair fikirini bildirib. Təxminən bir həftə bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenim təşəbbüsi ilə həmin sülh müqaviləsi əsasında Azərbaycan və Ermənistan arasında olan növbəti danışıqların Vaşinqtonda keçirilməsinə dair təklif təqdim edildi və həmin razılaşmaya əsasən Ermənistanın xarici işlər naziri ilə görüşümüz oldu”, - C.Bayramov vurğulayıb.

XİN başçısının sözlərinə görə, görüşdə Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə təqdim etdiyi ilkin baza prinsipləri ilə bağlı öz cavabını və təkliflərini təqdim edib: “Eyni zamanda Ermənistan tərəfinin verdiyi təkliflər əsasında bu gün müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıldı. Təbii ki, hər bir tərəf təkliflərini verir və onu əsaslandırır. Tərəflər arasında fikir müxtəlifliyi, yanaşmalarda fərqliliklər var. Ancaq, bu əngəl deyil, proses və bu danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövürdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək. Növbəti görüş barədə hələki konkret bir fikir yoxdur. Düşünürük ki, bu proses davam etməlidir”.

C.Bayramov, ABŞ-ın iki dövlət arasında davam edən diplomatik danışıqlarda iştirakını yüksək qiymətləndirib: “ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş oldu və bir sıra məsələlər və istiqamətlərə dair fikir mübadiləsi aparıldı. ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməsi və buradan yaxşı nəticələr əldə olunması ətrafında fikirlərini bölüşdü. Bildirdi ki, ABŞ bu prosesin irəliləməsində və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında çox maraqlıdır. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, görüşlərin keçirilməsi və yaradılan şərait çox yüksək səviyyədə idi. Görüş zamanı da ABŞ-ın dövlət katibi və onun komandasına öz təşəkkürümü bildirdim”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB

Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur

Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur

Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq

Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq

XƏBƏR LENTİ
  • 21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
  • 21:30

    Britaniya səfirliyinin attaşesini Rusiyadan çıxarılıb
  • 21:30

    "Beşiktaş" və "Fənərbağça" "Qarabağ"ın futbolçusunu istəyir
  • 21:16

    Kiyev döyüş meydanındakı ağır vəziyyətlə bağlı NATO-ya məlumat verib
  • 21:01

    Hizbullah İsrailə rekord sayda raket atıb
  • 20:46

    Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
  • 20:40

    Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
  • 20:37

    Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
Menyu