Menyu

İranda SEPAH rəsmisinin oğlu hərbi-polis rejimi tərəfindən öldürülüb

İranda SEPAH rəsmisinin oğlu hərbi-polis rejimi tərəfindən öldürülüb

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (İran hakimiyyəti Şahindej adlandırıb) şəhərinin sakini, atası İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərb-polis rejimi tərəfindən öldürülüb.

"Operativ Media" xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi barədə xəbərin yayılmasının qarşısını alıb. Ona görə də M.Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər