http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda qiymətinə görə “İPhone”lara rəqib olan "Nokia 8800" modelinin sirri nədir?

01 Avqust 2023 , 13:33
963
Azərbaycanda qiymətinə görə “İPhone”lara rəqib olan "Nokia 8800" modelinin sirri nədir?

Azərbaycanın mobil cihaz bazarında “İOS” və “Android” əməliyyat sistemi ilə işləyən telefonların daha geniş yayıldığı məlumdur. Hər yeni model istifadəyə verildiyi zaman ondan əvvəlki modelin qiyməti aşağı düşür. Bir vaxtlar bazarın əsas pay sahibi olan “Nokia” isə indi çox geriləyib. Lakin “Nokia”nın bir modeli var ki, illərdir nə tələbatı azalır, nə də qiyməti düşür. Əksinə, hər il daha da bahalaşır.

“Operativ Media” əfsanəvi “Nokia 8800" modelinə niyə hələ də tələbatın olmasını araşdırıb.

Smartfonların pərakəndə satışını həyata keçirən mağazalardan saytımıza bildirilib ki, bu modellər yalnız işlənmiş halda satılır. Onlayn telefon satışı həyata keçirən Cabbar Quliyevin sözlərinə görə isə, “Nokia”nın 8800 modelinə təlabat bu gün əvvəlkindən çoxdur.

“Xüsusi sifarişlə gətiririk. Bu telefonlar 2005-ci ildən istehsal edilib. Gümüşü, qara, metal silah rəngində olur. Metal silah rəngində olanları tapmaq nisbətən çətindir . Amma onları da biz gətiririk. Bakıda demək olar ki, tapılmır. Kimdəsə varsa, onlar da satmır. Satan da baha qiymətə satır. Bizə yerli bazardan bu modeli “İphone” modelləri ilə barteri etmək təklif edilir. Əgər telefon yaxşı vəziyyətdədirsə, qiymətdə və ya barterdə razılaşırıq”.

Satıcının sözlərinə görə, cəmi 2 meqapiksel kamerası olan telefona tələbat daha çox Azərbaycandadır.

“Biz axtarırıq, araşdırırıq saytlarda görürük ki, sayı çox azdır. Başqa ölkələrdə bazardan çıxsa da, bizdə insanlar alır. Heç bir səbəbi və ya xüsusi özəlliyi yoxdur. Deyim ki, enerjini yaxşı saxlayır, ya hansısa texniki özəlliyi var, yoxdur, amma insanlar alır. Deyir, bir telefonum “İphone”dursa, digəri “Nokia 8800" olsun. Yəni tələbat var, amma səbəbsizdir. Bizdən hansısa telefonu soruşanda müqayisə edirik, parametrlərini deyirik, müştəri özü seçir hansını alsın. Bu telefonların konkret alıcıları var. Heç nə soruşmurlar, sadəcə soruşurlar orjinaldırmı və cızığı varmı”.

Telefonların qiymətlərinə gəlincə isə…

“Qiymət onun vəziyyətinə görə dəyişir. Ortalama 500 manatdan başlayır. Sifarişlə gətirilən zaman öncədən 30 % beh alınır. Orijinal, cızıqsız və təmirdə olmayanların qiyməti 1000 manatdan yüksəkdir. Müştəri istəsə, alınıb və heç vaxt istifadə edilməyəni, yəni “0” model də tapmaq olur. Xüsusilə bunların “Sirocco Edition” modelləri var ki, onlar daha da bahadır. Dəri və paslanmayan poladdan hazırlanmış qəhvəyi korpus, naviqasiya düyməsi kimi süni sapfir olanlar 1500-2000 manat aralığındadır. 18 mikron qalınlığında qızılla örtülmüş korpus, ağ dəri əlavələr, 4 GB daxili yaddaşı olanları isə çox az hallarda tapılır. Onların qiyməti isə alacağımız bazara görə dəyişir. Ortalama qiymət 1700-4000 min dollar arasıdır”.

Yalnız “Blutuz”, “Radio” ilə təchiz edilən bu telefonun batareya tutumu cəmi 600 mAh-dır. Modelləri əsasən 2GB və 4 GB daxili yaddaşla təchiz olunur.

Lakin heç də satıcıların dediyi kimi bu modelə tələbat yalnız Azərbaycanda deyil. “Ebay” və “Aliexpress” kimi alış-veriş saytlarında da ən çox axtarılan telefonlardandır. Qiyməti isə 150 dollar 4400 dollar arası dəyişir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu