Son iki gündə yol qəzalarında 8 nəfər həyatını itirib

Nərmin Qocamanlı
Son iki gündə yol qəzalarında 8 nəfər həyatını itirib

Noyabrın 7-də və 8-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb.  

Narkotiklərlə əlaqəli 33 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Digər xəbərlər