Fransada evində şir balası saxlayan şəxs həbs olunub

Operativ Media
Fransada evində şir balası saxlayan şəxs həbs olunub

Fransada şir balasını evində saxlayan şəxs 8 ay həbs və onu heyvan hüquqları dərnəyinə bağışlamaq üçün 14 min 500 avro pul cəzasına məhkum edilib.


"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Seine-Sant-Denis şəhərinin Bobiqni Cinayət Məhkəməsi 2017-ci ildə evində icazəsiz qəfəsdə vəhşi aslan balasını bəsləyən şəxsi məhkəməsində mühakimə edib.


Məhkəmə həmin şəxsə 8 ay həbs cəzası verərkən, işin mülki tərəfi olan 6 heyvan mühafizəsi dərnəyinə də 14 min 500 avro cərimə ödəməyə qərar verib.


Məhkəmə, həmçinin həbsdə qalan 4 ay müddətində zaminə buraxdığı adamın 90 gün ərzində hər gün 15 avro cərimə ödəməsinə qərar verib.
Həmin şəxsin cəzalara əməl etmədiyi təqdirdə həbs olunacağı bildirilib.

Digər xəbərlər