http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Qisas” əməliyyatı Azərbaycana nə verdi?

03 Avqust 2023 , 14:58
“Qisas” əməliyyatı Azərbaycana nə verdi?

Bu gün Azərbaycan ordusunun keçirdiyi “Qisas” əməliyyatından bir il ötür. Vətən müharibəsində Azərbaycanın qalibiyyətini həzm edə bilməyən Ermənistan ard-arda təxribatlara əl atırdı. Terror-təxribat nəticəsində avqustun 3-də hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdi.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürdü.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Qisas” əməliyyatının təfərrüatları barədə “Operativ Media”ya danışıb.

Hərbi ekspertin sözlərinə görə, bu əməliyyat labüd idi və Azərbaycanın mövqeləri üçün böyük imkanlar yaratdı.

“Ermənilər ard-arda təxribatlar törədirdi. Bəzi qüvvələrə arxayın olub düşünürdü ki, bu təxribatlar cavabsız qalacaq. Vətən müharibəsindən sonra bir neçə əmliyyat zəruri idi. “Fərrux”,  “Qisas” əməliyyatları hər biri Azərbaycan tarixində əhəmiyyətli hadisələrdir. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan dövləti Ermənistan kimə güvənir güvənsin heçbir güzəştə getməyəcək”

Emin Həsənlinin sözlərinə görə, Ermənilər bu əməliyyatlardan nəticə çıxarmalı idi. Çünki, Azərbaycanın hər xəbərdarlığından sonra onlar üçün daha pis nəticələr olub.

“2016-cı ilin aprel hadisələrindən sonra deyilirdi ki, ermənilər nəticə çıxarmasa, böyük bir cəza olacaq. Ermənilər isə bundan nəticə çıxarmadı. Bundan sonra isə Azərbaycanın prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və ali baş komandan kimi rəhbərliyi ilə beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını azad etdi. Vətən müharibəsindən sonra Ermənistan 3 tərəfli bəyanatdan boyun qaçırmağa çalışırdı, təxribatlar dayanmırdı. “Qisas” əməliyyatı isə ermənilərə dəmir yumruğun yerində olduğunu bir daha xatırlatdı. Götürülən strateji əhəmiyyətli yüksəkliklər isə bu gün də Ermənistan mövqelərini vizual müşahidədə saxlamağa imkan verir”.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu