06 Avqust 2023, 23:40
İraq hakimiyyəti Telegram tətbiqini bloklayıb

Iraqda Teleqram bloklanıb.
"Operativ Media" xəbər verir ki, İraqın telekommunikasiya nazirliyi bildirib ki, Telegram mesajlaşma proqramını milli təhlükəsizlik və istifadəçilərin şəxsi məlumatlarının bütövlüyünü qorumaq üçün bloklayıb.
Tətbiq İraqda mesajlaşma və xəbər mübadiləsi mənbəyi kimi geniş istifadə olunur.
Bəzi kanallarda iraqlıların adları, ünvanları və qohumluq əlaqələri də daxil olmaqla, böyük miqdarda şəxsi məlumatları yayılıb.
Bəyanatda deyilir ki, nazirlik proqramdan “rəsmi dövlət orqanlarının və vətəndaşların şəxsi məlumatlarının sızmasına səbəb olan platformaları bağlamağı xahiş edib... lakin şirkət bu müraciətlərin heç birinə cavab verməyib”.