07 Avqust 2023, 14:26
2582
"iPhone 15 Pro"nun əvvəlki modellərlə ekran müqayisəsi - FOTO
"iPhone 15 Pro"nun əvvəlki modellərlə ekran müqayisəsi - FOTO şəkil
"iPhone 15 Pro"nun əvvəlki modellərlə ekran müqayisəsi - FOTO

Yeni "iPhone 15 Pro" modellərinin ekran çərçivələri çox nazik, cəmi 1,5 mm olacaq. Ekspertlərin fikrincə, yeni cihazlarla köhnə modellər arasında yeganə fərq ekran ölçüsü olmayacaq.

"Operativ Media" xəbər verir ki, "9to5mac" portalı "iPhone 15 Pro"nun ekranını "Apple" smartfonlarının əvvəlki versiyaları ilə müqayisə edib.

Portal müəllifləri yeni smartfonun ekranının nə qədər nazik olacağını göstərmək üçün 12-ci seriyadan başlayaraq bütün "iPhone Pro" modellərinin displeylərinin sxematik təsvirlərini yaradıblar.

Yeni modeldə ekran çərçivələrinin ölçüsündə dəyişikliklər hətta ən son "iPhone 14 Pro" ilə müqayisədə nəzərə çarpır - çərçivələr 30%-dən çox azalıb.

1850.jpg

Bu nailiyyət LIPO texnologiyası sayəsində mümkün olub. "Apple" artıq "Apple Watch" ekranlarını hazırlayarkən bu yenilikdən uğurla istifadə edib.

Bununla belə, ekspertlərin fikrincə, çərçivələrin ölçüsünün kiçildilməsi smartfondan istifadə zamanı bəzi narahatlıqlara, o cümlədən istifadəçilərin cihazı tutarkən təsadüfən ekrana basması ehtimalına səbəb ola bilər.

KİV-ə görə "iPhone 15" smartfonlarının və "Apple Watch Series 9"un təqdimatı sentyabrın 13-də baş tutacaq. Ekspertlər "iPhone 15 Pro"nun "iPhone 14 Pro"dan 100 dollar, "iPhone 15 Pro Max"ın isə "iPhone 14 Pro Max"dan 100-200 dollar baha olacağını gözləyirlər.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub