Menyu

Qubada yoldan silah tapılıb

Nərmin Qocamanlı
Qubada yoldan silah tapılıb
1 dəq oxu

Qubada yol kənarından silah tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər