Yeni "iPhone 15" almağı planlaşdırırsınızsa, bunun üçün ən yaxşı vaxt 2024-cü ilin yazıdır.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, o vaxta qədər, "Apple" smartfonunun əlavə variantlarını və yeni rənglərini təqdim edəcək.
"Apple" adətən "iPhone"nun yeni rəngli versiyalarını mart və ya aprel aylarında təqdim edir ki, bu da bu dövrü xüsusilə yeni smartfon almaq üçün cəlbedici edir. Bundan əlavə, alışı gecikdirməyin mənası var, çünki yeni "iPhone 15" smartfonları adi Lightning əvəzinə USB-C konnektoru ilə təchiz olunacaq.
Nəticədə, istifadəçilər "iPhone 15"-i aldıqdan dərhal sonra yeni aksessuarlar almaq zərurəti ilə üzləşə bilərlər.