10 Noyabr 2022, 19:59
Son sutkada koronavirusa 8 yeni yoluxma faktı qeydə alınıb
Son sutkada koronavirusa 8 yeni yoluxma faktı qeydə alınıb şəkil
Son sutkada koronavirusa 8 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən şəxs olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 454 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.

Ölkədə son sutka ərzində 1402, hazırkı dövrədək isə 7 339 257 test aparılıb.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub