http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Göyçayda hoteldə narkotik gizlədən şəxslər saxlanılıb

11 Noyabr 2022 , 09:10
Göyçayda hoteldə narkotik gizlədən şəxslər saxlanılıb

Göyçayda  narkotiki qaldıqları oteldə gizlədən şəxslər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar-Raqif Yusifov və Ruslan Allahverdiyev  saxlanılıb. Onların Göyçay şəhəri ərazisində yerləşən otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən  oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar. 
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu