Menyu

Piyadanı vurub qaçan avtobus sürücüsü tutulub

Nərmin Qocamanlı
Piyadanı vurub qaçan avtobus sürücüsü tutulub
1 dəq oxu

Piyadanı vurub hadisə yerindən qaçan “Baku Bus”ın sürücüsü tutulub.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər