http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Səməd Seyidov: Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxmalıyıq

11 Noyabr 2022 , 12:08
Səməd Seyidov:  Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxmalıyıq

“Azərbaycanın xarici ölkələrdə yeni səfirliklərinin açılması məsələsinə baxmalıyıq”.

"Operativ Media" xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqla bağlı gələn ilin dövlət büdcəsindən 130 milyon manatın ayrılması həddindən artıq vacib məsələdir:

“Beynəlxalq səviyyədə aktivliyimiz daha da artırılmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və onların ətrafında olan qüvvələr Azərbaycana qarşı beynəlxaq səviyyədə cəbhə açıb. Təbii ki, deputatlarımız müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın haqlı mövqeyini izah etməklə məşğuldur. Gələn ilin dövlət büdcəsində bu məsələlərlə bağlı müəyyən vəsait də nəzərdə tutulur. Buna baxmayaraq, bu sahədə işlərimizi daha da yüksək səviyyədə təşkil etməliyik. Həmçinin səfirliklərin sayı və xarici ölkələrlə əlaqələr genişlənməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq. Araşdırmalıyıq ki, hansı ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu