Ötən sutka 17 yanğına çıxış olub, 11 nəfər xilas edilib.
"Operativ Media" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda “КамАЗ" markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.