Menyu

Ağstafada iki nəfər dəm qazından zəhərlənib

Nərmin Qocamanlı
Ağstafada iki nəfər dəm qazından zəhərlənib
1 dəq oxu

Ağstafa rayonunun Poylu kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb.

"Operativ Media" xəbər verir ki, dəm qazından zəhərlənərək ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.

Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər