13 Noyabr 2022, 14:40
Bakıda 67 yaşlı kişi həyat yoldaşını və oğlunu güllələyib-YENİLƏNİB
Bakıda 67 yaşlı kişi həyat yoldaşını və oğlunu güllələyib-YENİLƏNİB şəkil
Bakıda 67 yaşlı kişi həyat yoldaşını və oğlunu güllələyib-YENİLƏNİB

Noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.


Suraxanı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

***
11:56

Bakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Operativ Media"ya bildirilib ki, hadisə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov ov tüfəngindən açdığı atəşlə 64 yaşlı həyat yoldaşı Nazilə Pirimovanı və 34 yaşlı oğlu Vüqar Dadaşovu ov tüfəngindən açdığı atəşlə yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əməli törərməkdə şübhəli bilinən Eldar Dadaşov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

 

 

 

Son xəbərlər
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib