http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

27 Avqust 2023 , 18:01
Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

"Operativ Media" xəbər verir ki, nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.

Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlamışdır.

Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılmış, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılmışdır.

Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunmuşdur.

Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir.

OXŞAR XƏBƏRLƏR
XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib

XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 01:02

    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
  • 00:59

    AL: "Qalatasaray" PAOK-u məğlub etdi
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
Menyu