14 Noyabr 2022, 08:26
Bakıda 47 yaşlı qadını küt alətlə qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb
Bakıda 47 yaşlı qadını küt alətlə qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb şəkil
Bakıda 47 yaşlı qadını küt alətlə qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb

Noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğunundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Elnur Məhərrəmovun olduğu yer müəyyən edilməklə  şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır