Menyu

Qanunsuz olaraq bataqlıq quşlarını ovlayan şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Qanunsuz olaraq bataqlıq quşlarını ovlayan şəxslər saxlanılıb
1 dəq oxu

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri  Firudin İlyasov və Novruz  İlyasov saxlanılıblar.  Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.


Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Əlaqəli Xəbərlər