Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

Nərmin Qocamanlı
Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

Noyabrın 12-də və 13-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   


DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Digər xəbərlər