Kəlbəcərdə yük avtomobili aşıb, 1 nəfər ölüb
Nərmin Qocamanlı
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.
Bu barədə"Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net