Hoteldə həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 8 il həps cəzası verildi

Nərmin Qocamanlı
Hoteldə həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 8 il həps cəzası verildi

Bakıda hoteldə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Abdullayevə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.

Daha sonra T.Abdullayev saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər