http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qida əlavələri orqanizmə necə təsir edir? – Diyetoloq şərh edir

06 Sentyabr 2023 , 16:59
Qida əlavələri orqanizmə necə təsir edir? – Diyetoloq şərh edir

Vitaminlər və qida əlavələri resept tələb olunmadığı üçün insanların çoxu onların zərərsiz olduğunu düşünür. Əksər hallarda arıqlamaq, kökəlmək istəyənlər və ya idmançılar üçün satılan bir çox qida əlavələri tərkibi təbii bitkilərdən ibarət və orqanizm üçün tamamilə zərərsiz kimi təqdim olunur. 

Diyetoloq Dr. Leyla Zülfüqarlı “Operativ Media”ya bildirib ki, çox insanın fiziologiyasındakı bir çox xroniki xəstəliklərin sağalması və yaxud sadəcə profilaktik məqsədlə onlara vitamin və mineral komplekslərinə olan ehtiyaclarını ödəmələrini tövsiyə edirik.

O qeyd edib ki, insanların qida əlavəsinə ehtiyacı olub-olmadığını həkim təyin edir, bəzi insanlar isə bunu heç bir müayinədən keçmədən istifadə edir:

“Artıq torpaqlarımızda da o qədər minerallar qalmayıb deyə əlavə dəstək kimi qida əlavələrini həkimlər tövsiyə edirlər. Lakin qida əlavəsinə orqanizmin ehtiyacını müəyyən analizlər əsasında təyin edilir. Məsələn, vitamin D əskikliyi varsa, maqnezium, selen, dəmir lazımdır. Bəzən idmançılara protein dəstəyi kimi istənilən qida əlavəsini tövsiyə edirlər, burada həmin məhsulun hansı peşəkar tərəfindən təqdim olunmasına diqqət göstərmək gərəkdir”.

Diyetoloqun sözlərinə görə, istənilən qida əlavəsinin hansı ölkə tərəfindən istehsal edilməsinin də özünəməxsus rolu var:

“Çünki Amerika və Avropa qitəsində artıq bu tendensiya çox uzun illər öncədən başlayıb və bunu vitaminal əskikliyə görə davamlı olaraq tətbiq edirlər. Türkiyədə tanınmış əczaçı şirkətin istehsal etdiyi qida əlavələri də var. Ümumiyyətlə, kimyəvi preparatalarda olduğu kimi qida əlavələrinin qəbulunda da diqqətli olmaq lazımdır. Çünki orqanizmə daxil olduqdan sonra farmakoloji, bioloji mənimsənilmə və parçalanma müddəti var, hipotalamus mərkəzinə təsir edən və etməyən aktiv maddələr var ki, bunlara qarşı ehtiyatlı davranmaq lazımdır”.

L.Zülfüqarlı əlavə edib ki, özbaşına qida əlavəsi istifadə edən insanlar onun sutkalıq dozasını, bərpaedici terapiya, yoxsa ciddi əskiklik olduğunu bilmir, buna görə ən azından bir dəfə həkim məsləhəti ilə istifadə etdikdən sonra öz kontrolları ilə davam edə bilərlər. 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib - VİDEO
  • 15:14

    "Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"
  • 15:00

    27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili
  • 14:56

    Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb
  • 14:50

    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
  • 14:43

    XRİTDX-nin şəxsi heyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib
  • 14:39

    Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
  • 14:26

    Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
Menyu