Azərbaycan səfirliyindən Ermənistan səfirinə: "Səhifəmizdə gözünüzü açacaq məlumatlar tapacaqsınız"
Redaksiya
Ötən gün Ermənistanın Belçika Krallığındakı səfiri Tigran Balayan Azərbaycanın Belçika Krallığındakı səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsini izləməyə alıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan səfirliyi Tiqran Balayanı maraqlı paylaşımla salamlayıb.
"Azərbaycan Səfirliyinin rəsmi hesabına xoş gəlmisiniz. Siz burada çoxlu gözünüzü açan və düşündürücü məlumatlar tapacaqsınız"-paylaşımda deyilir.
Mr. Ambassador @tbalayan, welcome to the account of the Embassy of Azerbaijan. You'll find a lot of eye-opening and thought-provoking information for you.