Menyu

ABŞ məhkəməsi rusiyalı kiber fırıldaqçını həbs edib

ABŞ məhkəməsi rusiyalı kiber fırıldaqçını həbs edib

Boston (Massaçusets ştatı) məhkəməsi kiber fırıldaqçılıqda təqsirli bilinən rusiyalı Vladislav Klyuşini 9 il müddətinə azadlıqdan məhrum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

Bildirilib ki, Klyuşin 14 gün ərzində hökmdən apellyasiya şikayəti verə bilər.

Prokurorluq Klyuşinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini, müdafiə tərəfi isə müddətin üç ilə endirilməsini və Klyuşinin məhkəmə zamanı həbsdə olduğu iki il yarımın da cəza müddətinə daxil edilməsini təklif edib. 

Cəzasını çəkdikdən sonra Klyuşin ABŞ-dən deportasiya olunacaq.

Amerika mətbuatı Klyuşini Rusiya ilə əsir mübadiləsinə əsas namizədlərdən biri adlandırıb.

Teqlər:

"AB\u015e m\u0259hk\u0259m\u0259si rusiyal\u0131 kiber f\u0131r\u0131ldaq\u00e7\u0131n\u0131 h\u0259bs edib"

Əlaqəli Xəbərlər