Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Noyabrın  15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 


 Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Digər xəbərlər