16 Noyabr 2022, 12:19
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb şəkil
Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.

Son xəbərlər
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı