"Adnan Oktar cinayət təşkilatı" ilə bağlı iş üzrə keçirilən yeni məhkəmənin hökmü açıqlanıb.
"Operativ Media" "TRTHaber"ə istinadən xəbər verir ki, Oktar şəxsi cinayətlərinə görə 891 il həbs cəzasına məhkum edilib.
"Adnan Oktar silahlı cinayət təşkilatı"na qarşı keçirilən prosesdə məhkəmə Oktara ümumilikdə 8658 il həbs cəzası verilməsinə qərar verib.
Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub.