Balaxanıda qadına zor tətbiq edərək çantasını almağa cəhd edən şəxs tutulub

Nərmin Qocamanlı
Balaxanıda qadına zor tətbiq edərək çantasını almağa cəhd edən şəxs tutulub

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə  noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.


DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub. 


 Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər