Qusar sakinindən narkotik götürülüb

Nərmin Qocamanlı
Qusar sakinindən narkotik götürülüb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.


DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Ramin Ramazanov  saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.


Faktla bağlı Qusar RPŞ-də  cinayət işi başlanılıb.

Digər xəbərlər