DİN: Sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər araşdırılır

Nərmin Qocamanlı
DİN: Sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər araşdırılır

"Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır".

Bu barədə "Operativ Media" nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, "Toyota Prius" markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.

Digər xəbərlər